19 594 nəfər koronavirusa yoluxub - RUSİYADA

Rusiyada son sutka ərzində daha 19 594 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 214 520 nəfərə çatıb. Ötən gün Rusiyada 794 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 195 835 nəfərə çatıb. İndiyədək 6 452 398 xəstə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə