Yunanıstanda turizm mövsümünə başlayan otellər, iyun ayının sonunda tam gücü ilə çalışmağı hədəfləyir. SİA xəbər verir ki, Yunanıstanda Covid-19 tədbirləri çərçivəsində təxminən 7 aydır tətbiq olunan komendant saatı və bölgələrarası səyahət qadağasının qaldırılması ilə, dövlət və özəl sektorun uzun müddətdir gözlədiyi turizm mövsümü bu gün açıldı.

Turizm naziri Harri Theoharis mətbuata bildirib ki, indi qorxu və etibarsızlıq buludlarını arxada qoymuşuq: “Xarici turistlər günəş işığı və firuzə suları ilə ölkəmizə qayıtmağı səbirsizliklə gözləyirlər. Turizm mövsümünün açılışını elan edirik. Covid-19 testinin mənfi olduğunu göstərən sənədlər və peyvənd sertifikatları sayəsində yerli və xarici turistlər adalara dəniz və hava yolu ilə məhdudlaşmadan gedə biləcəklər. Turizmdə bərpa üçün hədəf iyun ayının sonudur”.

Hökumət, işçiləri test etmək şərti ilə açıq sahələrdə - restoran, kafe və bar kimi iş yerlərinin 00:15-ə qədər uzadılmasına qərar verdi. Avropanın aparıcı turizm şirkəti “TUI” may ayının sonuna qədər Yunanıstana 120 təyyarə turist gətirəcəyini açıqladı. Turizm mövsümünün açılışı ilə 40 təyyarə cümə günü ölkənin 14 hava limanına və sabah 110-a enəcək. Yunan turizm şirkətləri, iyun ayının sonu və iyul aylarında turizm sahəsində gerçək bir canlanma gözləyirlər. Yunanıstanda pandemiyanı yavaşlatmaq və Avropada, xüsusilə İngiltərədəki məhdudiyyətləri qaldırmaq ehtimalı ilə daha çox turist qəbul etməyi hədəfləyir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə