Livandakı dəhşətli partlayışın arxasında kim durur? - ŞOK İDDİA - FOTOLAR

İki gün öncə Livanın paytaxtı Beyrutda dəhşətli partlayış baş verdi. Beyrut limanında içərisində 2750 ton ammonium nitrat saxlanılan bir anbarda baş verən partlayışda 135 nəfər həyatını itirdi, 5000-dən çox yaralı var. Beyrutdakı partlayışın qəza və ya sui-qəsd olub-olmadığı şübhəsi hələ də gündəmdə qalır. Partlayışın arxasında kimlər dayanır?

Rusiyalı iş adamı İqor Qreçuşkin tərəfindən 7 il əvvəl Beyruta gətirilən, lakin 2750 ton ammonium selitrası olan gəminin Qreçuşkin iflasından sonra limanda nəzarətsiz qaldığı, yaxud gəminin "qəsdən" burada buraxıldığı iddia edilir. Bəzi versiyalara görə, partlayıcı ilə yüklü gəmi "Hizbullah" üçün burada buraxılıb. Liman rəhbərliyində bürokratik əngəllər gəminin 7 il səbəbsiz yerə qalmasını dolayısı ilə təmin edib. Rusiyanın "Rosbalt" xəbər agentliyi isə fəlakətli partlayışın "Hizbullah"a aid silahların Beyrut limanındakı anbarlarda məhv etmək üçün bir əməliyyat ola biləcəyini yazıb.

Adının açıqlanmasını istəməyən bir mənbəyə görə, "Hizbullah"ın Beyrut limanındakı 12-ci anbarda İsrailə qarşı istifadə etdiyi çox sayda uzun mənzilli raketi var idi. Həmin silahlar gizli şəkildə buraya daşınıb. Lakin insan səhvindən qaynaqlanan yanğın nəticəsində həmin anbardakı raketlər də partlayıb.

Livan Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahimin açıqlaması da olduqca diqqətəlayiqdir: "Əvvəlcə anbarda saxlanılan fişəng alovlandı". Amma xidmət rəhbəri sonra iddiasını rədd etdi.

Digər tərəfdən, Rusiyanın "Novaya qazeta" qəzeti partlayışın indi baş verməsini təsadüfi hesab etməyib. Hizbullahın Livanda törətdiyi cinayətləri araşdıran Birləşmiş Millətlər Təşkilatının xüsusi Komissiyasına işarə edən qəzet qeyd edib ki, avqustun 7-də Livanın keçmiş baş naziri Rafik əl-Həririnin 2005-ci il sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı başlanan istintaqın nəticələri dərc olunacaqdı. Qəzet yazır ki, həmin materiallarda sui-qəsdin təçkilatçıları və icraçılarının "Hizbullah" və Suriya olduğu qeyd edilmişdi.

Qeyd olunur ki, 2750 ton ammonium nitrat 7 il əvvəl Bosfor və Dardanel boğazlarından keçərək Livana gətirilib. Rus iş adamı İqor Qreçuşkinə məxsus gəmi ammonium nitrat yüklərini Mozambikə aparmalı idi. Lakin "Rhosus" adlı gəmi yolda qəzaya uğrayıb və Beyrut limanına yan almaq məcburiyyətində qalıb. Bir daha oradan çıxa bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə