Parisdə beynəlxalq avtosalon ləğv edilib

Fransa paytaxtında, 1 oktyabr-11 oktyabr 2020-ci il tarixlərində keçiriləcəyi gözlənilən beynəlxalq avtosalon ləğv edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, koronavirus səbəbiylə Parisdəki beynəlxalq avtosalonun ləğv edilməsi qərarı 31 mart çərşənbə axşamı günü məlum olub və bu barədə "Motor" operativ qərarhahı məlumat yayıb.

Planlaşdırılan bütün premyeraların onlayn şəkildə keçiriləcəyi bildirilir. Bundan əvvəl Cenevrə beynəlxalq avtosalonu da koronavirus səbəbindən ləğv edilmişdi.
Əməliyyat qərargahından verilən məlumata görə, son bir gündə koronavirus infeksiyası olan xəstələrin sayı 500 nəfər artıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...