Koronavirusa yoluxanların sayı 565 min nəfəri keçdi

Martın 28-də səhər saatlarına olan məlumata görə, dünyada koronavirus infeksiyasına 565 376 yoluxma hadisəsi qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumata görə, gün ərzində təxminən 47 min infeksiya aşkarlanıb, 2724 insan həyatını itirib. COVID-19 qurbanlarının ümumi sayı 26,260 nəfərə çatıb.

Ən son məlumatlara görə, qeydə alınan yoluxma hallarının sayına görə ABŞ dünya üzrə liderlik edir. Birləşmiş Ştatlarda 100 717 yoluxma, 1544 ölüm hadisəsi qeydə alınıb.

İtaliyada sutka ərzində 1631 nəfər ölüb. Həmin ölkədə cəmi 86 498 infeksiya qeydə alınıb.

Çində gündə 54 yoluxma hadisəsi təsdiqlənib ki, bunların da hamısı xaricdən gələn insanlardır.

Xatıprladaq ki, yeni növ koronavirus ilə yoluxmanın ilk halı 2019-cu ilin dekabr ayının sonunda Çinin Hubei əyalətində qeydə alınıb. Xəstəliyin yayılması Uhan şəhərindən başlayıb. Fevralın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əvvəllər 2019-nCoV adı verilən koronavirusa COVID-19 adını verib. Bir ay sonra, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bir koronavirusun pandemiya olduğunu elan edib.
Ən çətin pandemik vəziyyət ABŞ, İtaliya, Çin, İspaniya, Almaniya, Fransa və İranda formalaşmaqdadır.
Son məlumatlara görə, Rusiyada COVID-19 olan xəstələrin ümumi sayı 1036 nəfərdir. Onlardan 703-ü Moskvada qeydiyyatındadır. Rusiyada koronavirus testi müsbət olan dörd xəstə artıq ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə