Krasnodar vilayətinin Gelencik meşə təsərrüfatında təbii yanğının sahəsi artıb.
SİA bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının sahəsi 12 hektara çatıb.
Hazırda 130-dan çox canlı qüvvə və 24 texnika, o cümlədən Mİ-8 helikopteri yanğını söndürür.
Eyni zamanda, dağlıq ərazinin əlçatmaz olması və isti hava şəraiti yanğının söndürülməsini çətinləşdirir.
...Gelendjik meşə təsərrüfatında baş verən yanğının sahəsi 12 hektara çatıb. Yanğının söndürülməsinə 130-dan çox canlı qüvvə və 24 texnika cəlb olunub, - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
Bundan əvvəl yanğınsöndürənlər Moskvada tikinti sahəsində 9 işçini xilas ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə