İranın cənubundakə Ciroft (Sebzvaran) şəhərində aparılan arxeoloji qazıntılar zamanı 1200 illik məscidin xarabalıqları aşkar edilib.
SİA-nın məlumatına görə, “News info” xəbər verir ki, alimlər məscidin Saffarilər sülaləsi dövründə tikildiyini güman edirlər.
…Biz məscidin heyranedici ölçüsünü göstərən əlavə ərazi aşkar etdik. İndiyə qədər təxminən 1000 kvadratmetr qazılıb. Məscidin faktiki sahəsinin xeyli böyük olduğunu düşünməyə əsas var.
Bunu arxeoloji qrupun rəhbəri Həmidə Şubak bildirib.
İlkin təhlil məlumatlarına görə, məscidin tikintisi başa çatdırılıb və əhalinin sayının artması ilə yanaşı həcmi də genişləndirilib.
...Qədim Ciroftda tapılan məscid Şərqi İslam ölkələrində aşkar edilmiş ən qədim məscid hesab olunur.
Onun tikintisi hicri ikinci əsrdə Saffarilər sülaləsinin (861-1003) banisi Yaqub ibn Lays əs-Səfər tərəfindən başlanmışdır.
Bunu da Şubak deyir.
Məscidin ilkin tikintisi Saffarilər dövründə, hicri III əsrdə başa çatdırılmışdır.
Səlcuqlar dövründə məscid dəyişdirilib: kərpic və suvaq bəzəkləri və yazılar əlavə edilib.
Orta əsrlərdə Ciroft böyük bir şəhər olub. Məscid onun mərkəzindən 12 kilometr aralıda yerləşirmiş.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə