...Bu arada GlavPR agentliyi Rusiya prezidenti Vladimir Putinə ABŞ seçkilərində qalib gəldiyinə görə Donald Trampın mükafatlandırılması təklifi ilə rəsmi müraciət göndərib. Müraciətdə Moskvada onun abidəsinin ucaldılması və siyasətçinin şərəfinə müvəqqəti olaraq Moskva metrostansiyasının adının dəyişdirilməsi də yer alıb.
Müraciət reklam agentliyinin saytında dərc olunub.
...Təşəbbüskarlar əmindirlər ki, bu addım Rusiya ilə ABŞ arasında münasibətlərin möhkəmlənməsinə kömək edəcək. Amerika səfirliyinin yanında yerləşən “Barrikadnaya” metro stansiyasının adının müvəqqəti olaraq “Trumpskaya” adlandırılması təklif edilib.
Təşəbbüsün müəllifləri hesab edirlər ki, bu yolla ölkələr arasında “münasibətlərdəki barrikadaları simvolik olaraq aradan qaldırmaq” mümkündür.
Həmçinin Trampa Skolkovodan “Sən əlasan” sözlərini təkrarlamaq üçün proqramlaşdırılmış rus robotunun hədiyyə edilməsi təklif edilir.
Əvvəllər Rusiya şəhərlərində Stalinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı suallar qaldırılmağa başladı. Məlumdur ki, Naxodka, Novosibirsk və Barnaulda abidələrin qoyulması planlaşdırılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə