...Qərb öz sanksiyaları ilə dünya iqtisadiyyatının qloballaşmasını məhv edir.
SİA rus saytlarına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
...Bir çox onilliklər ərzində dünya iqtisadiyyatının işləməsi üçün ideal yol kimi bizə reklam edilən qloballaşma əslində Qərbin özü tərəfindən məhv edilir. Səbəb qeyri-qanuni sanksiyalar, dollardan sui-istifadədir
Bunu deyən Lavrov əlavə edib ki, qloballaşma əvəzinə bütün dünyada qlobal iqtisadiyyatın parçalanması müşahidə olunur.
Qeyd edək ki, Lavrov bir müddət əvvəl Rusiyanın Afrikaya terrorla mübarizədə yardım etməyə hazır olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Afrika qitəsi ölkələri ilə Moskva arasında əməkdaşlıq getdikcə daha çox “məhsuldar və çoxşaxəli” xarakter alır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə