Rusiyanın başqasının heç nəyinə ehtiyacı yoxdur..!

Rusiyanın xarici ərzaq məhsullarına ehtiyacı yoxdur, çünki ölkə özü onları artan miqdarda istehsal edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Rusiyanın baş naziri Mixail Mişustin “Made in Russia” ixrac forumunda deyib.

…Yaxın vaxtlara qədər, tarixi standartlara görə, Rusiya bir çox cəhətdən və ən vacib sahələrdə - taxıl, quş əti, donuz əti eləcə də əksər tərəvəz məhsulları idxalçısı idi. İndi vəziyyət dəyişib. Yəni indi çox yaxşıdır.

Bunu deyən Mişustin vurğulayıb ki, Rusiya hazırda əsas ərzaq ixracatçısıdır. Beləliklə, Moskva yerli taxılın 40 faizini xarici alıcılarına göndərir.

Hazır məhsulların ixracı da əhəmiyyətlidir. Xüsusilə Rusiya öz bitki yağının 17 faizini xaricə tədarük edir.

Baş nazirin sözlərinə görə, əvvəlcə ərzaq məhsullarına daxili tələbat ödənilir, sonra qalan hissəsi ixrac edilir

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə