Ruslar Kurskda "evə düşən" raketin təfərrüatlarını açıqlayıblar...

...Rusiyalı mütəxəssislər Kurskda Ukrayna raketi ilə vurulmuş yaşayış binasının yaxınlığında yoxlamalar aparıb və zərbə vuran elementlərin trayektoriyasını müəyyən ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yazır.

Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bazar günü, avqustun 11-nə keçən gecə bildirib ki, Ukrayna raketi Kurskda yaşayış binasına dəyib və yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyi daha sonra qeyd edib ki, yaşayış binasının yükdaşıyan konstruksiyaları zədələnməyib və yanğın söndürülüb.

...Mütəxəssislər dağıdıcı elementlərin düşmə trayektoriyasını müəyyən ediblər.

Araşdırma zamanı dağıntıların Ukrayna Silahlı Qüvvələrinin döyüş növbətçiliyində olan “Toçka-U” taktiki raketinə aid olduğu müəyyən edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə