“Müharibəyə Ukraynanın şərtləri ilə son qoyulmalıdır..?”

Ukrayna dövlətinin başçısı Rusiya aerodromlarına, neftayırma zavodlarına və logistikaya hücumlara görə hərbçilərə təşəkkür edib...

...Prezident Vladimir Zelenski Ukraynanın şərtləri ilə müharibəyə son qoymağın vacibliyini vurğulayıb və bunun üçün Sülh Formulasının həyata keçirilməsini mümkün hesab edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə o, ənənəvi axşam çıxışında bildirib.

Ukrayna dövlətinin başçısı, həmçinin Rusiya aerodromlarına, neftayırma zavodlarına və logistikaya hücumlara görə hərbçilərə təşəkkür edib.

Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə, xüsusən də işğalçıların Ukraynaya raket, mina və bomba atdığı yerlərə uzaq məsafədən zərbələr endirmək üçün Qərbdən icazə almalıdır. ...Bizə bu həll lazımdır ki, təsirli ola biləcək bütün silahlarla hərəkət edə bilək. Biz xalqımızın həyatını qorumalı və Ukrayna şərtləri ilə müharibəyə son qoymalıyıq. Və Rusiyanın hava bombalarına dəqiq cavab verən, Rusiyanın logistikasını və bazalarını məhv edən, işğalçının torpaqlarımızda qalmasını çətinləşdirən hər bir zərbə müharibənin ədalətli sonunu yaxınlaşdırır.

...Deməli, Zelenski öz inamını belə ifadə edib.

O, qeyd edib ki, Ukrayna Sülh Formulasının dünya əksəriyyətinin Rusiya hakimiyyətinə təzyiq göstərməsi, onların hərbi fəaliyyətini dəstəkləməməsi və beynəlxalq münasibətlərdə sabitliyi bərpa etmək istəməsi səbəbindən həyata keçirmək olar.

...Əsl sülh olacaq. Əgər siz zəiflik nümayiş etdirməsəniz və ədalət yolunu müdafiə etsəniz, bu baş verəcək.

Maraqlıdır ki, Ukrayna prezidenti buna əmindir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə