Türkiyə XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin bu gün Rəfah şəhərinə həyata keçirdiyi və 100-dən çox insanın həyatını itirdiyi hücumlarla bağlı açıqlama verib və beynəlxalq ictimaiyyəti lazımi addımları atmağa çağırıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirliyin açıqlamasında deyilib: “Biz İsrailin Qəzza zolağında indiyədək törətdiyi dağıntı və qırğınlardan sonra cənubdakı Rəfah şəhərinə artan hücumlarından çox narahatıq. Biz bu əməliyyatı Qəzza xalqını öz torpaqlarından qovmaq planının bir hissəsi hesab edirik. Davam edən hücumlar Qəzzadakı humanitar faciəni daha da ciddi səviyyəyə çatdıracaq və bölgədə daimi atəşkəsə nail olmaq səylərinə zərər verəcək. Beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsraili dayandırmaq üçün lazımi addımları atmağa çağırırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə