Filippin Universitetində partlayış olub - 3 nəfər ölüb, 40-dan çox yaralı var

Filippinin cənubundakı Maravi şəhərindəki Mindanao Universitetində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40-dan çox insan yaralanıb. SİA xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

Partlayış katolik dini mərasimi zamanı baş verib. “Mindanao Universitetinin kollektivi bu səhər dini toplantı zamanı baş verən zorakılıq aktından dərin kədər və sarsıntı keçirir. Biz bu mənasız və dəhşətli hərəkəti ən kəskin şəkildə pisləyir, qurbanlara və qurbanların ailələrinə səmimi başsağlığı veririk. Biz bu faciədən zərərçəkənlərə yardım göstərməyi öz öhdəmizə götürürük”, - deyə universitetdən bildirilib.

Universitet rəhbərliyi növbəti xəbərdarlığa qədər dərsləri dayandırıb və kampusu qorumaq üçün əlavə təhlükəsizlik işçiləri yerləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə