“Dojd” telekanalı yenidən xarici agent kimi tanınıb

Rusiya Ədliyyə Nazirliyi “Dojd” telekanalını yenidən xarici agentlərin reyestrinə daxil edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə idarənin saytında məlumat verilir.

Bu dəfə xarici agentlərin reyestrinə “Dojd” telekanalı adı altında fəaliyyət göstərən şəxslərin daha bir birliyi daxil edilib.

Departamentin qeyd etdiyi kimi, bu, Rusiyadakı xarici agentlər və arzuolunmaz təşkilatların nümayəndələri üçün ictimai platformadır.

Xatırladaq ki, telekanal artıq 2021-ci ildə xarici agent kimi tanınıb.

Amma bu gün siyahıya yeni hüquqi şəxslər əlavə edilib. Bundan əlavə, yazıçı və sosioloq İqor Eydman, hüquqşünas Anastasiya Burakova, həmçinin onun yaratdığı “Ark” layihəsi xarici agent kimi tanınıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə