Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən maliyyə ayırmasına baxmayaraq, dağıdılmış və zədələnmiş şəhərlərə dəstək vermir.
SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın ikinci prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bu barədə şənbə günü, sentyabrın 23-də özünün “YouTube” kanalında çıxışı zamanı danışıb.
Soskin qeyd edib ki, Mariupola yardım üçün ayrılan külli miqdarda vəsaitə baxmayaraq, Zelenski və onun rejimi bu şəhərin bərpası üçün heç bir iş görməyiblər.
Soskinə görə, guya bu şəhərdə ruslar ukraynalılardan daha çox iş görüblər.
“Mariupoldakı moskvalılar bu şəhərlərdəki Zelenski və onun rejimindən daha çox şey etdilər, baxmayaraq ki, bu yardım üçün Qərbin böyük pulları ayrıldı. Pulun harada olduğu bəlli deyil, yardımın harda olması aydın deyil”.
Bunu deyən Soskin əlavə edib ki, Barışevka, İrpen, Qostomel kimi qəsəbələrin və Kiyev yaxınlığında yerləşən şəhərlərin yenidən qurulmasına ehtiyac var, lakin ayrılan vəsait onlara çatmayıb.
Soskin pulun oğurlanmış ola biləcəyini irəli sürür.
Xatırladaq ki, bundan əvvəl Kanadanın baş naziri Castin Trüdo üç il ərzində Ukraynaya dəstək üçün 482 milyon dollar ayrıldığını açıqlamışdı. Ümumilikdə, Kanada 2022-ci ildən başlayaraq Ukraynaya dəstək üçün təxminən 9 milyard Kanada dolları (6,67 milyard dollar) ayırıb,
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə