Rusiya benzin və dizel ixracına məhdudiyyətlər qoyub

Rusiya hökuməti daxili bazarda qiymət artımı ilə əlaqədar benzin və dizelin ixracını məhdudlaşdırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya hökumətindən verilən açıqlamada, daxili bazarda yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarının onları tarazlaşdırmaq üçün alındığı bildirilib.

Açıqlamada benzin və dizel yanacağının ixracına müvəqqəti məhdudiyyətlər qoyulduğu bildirilib: “Müvəqqəti məhdudiyyətlər yanacaq bazarında təklifə kömək edəcək ki, bu da istehlakçılar üçün qiymətlərin azalmasına səbəb olacaq”.

Rusiyada bir müddətdir ki, rublun məzənnəsinin xarici valyutalar qarşısında zəifləməsi və ixracın artması səbəbindən benzin və dizelin qiyməti qalxır.

Bütün xəbərlər Facebook səhifəmizdə