Türkiyədə zəlzələ hadisəsi qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Osmaniye vilayətinin Düziçi rayonunda baş verib. Rixter şkalası ilə 4.6 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 7 kilometr dərinliyində yerləşib.

Zəlzələ heç bir dağıntı və tələfata səbəb olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə