Auri özünü “təmizlik kraliçası” adlandırır - FOTOLAR

Çəkdiyi təmizlik videoları ilə sosial mediada 10 milyondan çox izləyicisi olan finlandiyalı fenomeni Auri Katarina dünyanın hər yerindən olan insanların evlərini pulsuz təmizləyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Tiktok”, “YouTube” “İnstaqram”da 10 milyon izləyicisi olan Auri özünü “təmizlik kraliçası” adlandırır.

Katarina komandası ilə birlikdə zibillə dolu, həddindən artıq çirkli evləri təmizləyir. Təmizləmə anlarını kameraya çəkən fenomen, həmin görüntüləri isə şəxsi hesabında paylaşır. Katarina izləyiciləri üçün təmizlik tövsiyələri verir və fəndləri izah edir.

Bütün xəbərlər Facebook səhifəmizdə