Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

"Real"ın baş məşqçisi Karlo Ançelotti DÇ-2022-dəki favoritlərinin adını çəkib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o deyib: “Ən güclü komandalar Braziliya və Fransadır. Sonra Argentina gəlir. Skaloninin komandası yenidən zirvədədir. Bundan əlavə, onların Messisi var və komandada yenilənmə prosesinə start verilib”.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə