“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”ə 0:1 hesabı ilə uduzduqları səfər oyunundan sonra mətbuat konfransı keçirib.
- Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. “Qarabağ”da hər şey qaydasındadır, heç bir problem yoxdur. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Müəyyən çatışmazlıqlarımız ola bilər. Amma bugünkü oyundan razı qaldım. Səfərdə oynamağımıza baxmayaraq, daha çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab görüşündə çox dəyişiklik etmək fikrimiz yoxdur. Əksinə, meydanda etdiklərimizi daha da təkmilləşdirmək istəyirik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Hələ bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq.
- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Avstriyada təlim-məşq toplanışının ağır keçməsi ola bilər?
- “Lex” bu gün heç də bizdən üstün oynamadı. Amma məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada “Lex”in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur.
- “Qarabağ” buna qədər heç vaxt Polşa klublarına uduzmamışdı, “Lex” isə Azərbaycan təmsilçilərinə hələ məğlub olmayıb. Sizcə, cavab görüşündə qələbə şansınız nə qədərdir?
- Hələ matçdan əvvəl demişdim ki, bu cütlüyün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik. Amma şansları yenə də yarı-yarıya görürəm.
- Toral Bayramov və Abbas Hüseynov ötən mövsümün sonlarından etibarən əsas heyətdəki yerlərini itiriblər. Bunun səbəbi formadan düşməkləri, yoxsa intizamsızlıqlarıdır?
- Düzgün qeyd elədiniz ki, yerlərini itirdilər. Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir.
- “Lex”dən belə oyun gözləyirdiniz?
- Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Mərkəzi Bank Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək
İqtisadiyyat 15:11VULKAN
Ədəbiyyat 15:08Azərbaycan Mərkəzi Bankı üç şirkəti cərimələyib
İqtisadiyyat 15:00Dentofobiya nədir və ondan xilas olma yolları
Sosial 14:43“Tanınmış olmaq vergi güzəşti demək deyil” - DEPUTAT ŞƏRH ETDİ
İqtisadiyyat 14:33“Karyera körpüsü” layihəsinin icrasına başlanılıb
İqtisadiyyat 14:31Sabah hava əsasən yağmursuz olacaq
Sosial 14:03Tramp İranda əməliyyatların bitdiyini elan etdi
Dünya 13:01Lavrov Si Cinpinlə görüşdü - TƏCİLİ
Siyasət 12:55İran Çin peykindən istifadə edib
Dünya 12:52Vüsal Nəsirli Masallıda vətəndaşları qəbul edəcək
Sosial 11:52Yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 630 milyon manat olub
İqtisadiyyat 11:43Sadə və xeyirxah insan -ŞƏRH
Siyasət 11:36Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin
İqtisadiyyat 11:12Azərbaycanın böyük hissəsində istilik mövsümü başa çatıb
İqtisadiyyat 10:59Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:27Dünya birjalarında neft bahalaşıb
İqtisadiyyat 10:25Biləsuvarın bəzi hissələrində işıq olmayacaq
Sosial 09:28Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:26Elçin Əmirbəyov çexiyalı nazir müavini ilə görüşüb
Siyasət 02:17Xalq artistinin oğlu ABŞ pasportu aldı
Şou-Biznes 01:17Ermənistan ordusunda daha bir müəmmalı əsgər ölümü
Siyasət 00:03Hakan Fidanla Abbas Arakçı arasında telefon danışığı olub
Siyasət 14 Aprel 23:27"O, mənim dostum idi" - Tramp Orbanın məğlubiyyətindən danışdı
Dünya 14 Aprel 23:16Ölkəmizdə doğum sayı azaldı - TƏHLÜKƏ
Sosial 14 Aprel 23:04Ən çox oyun şansı qazanan gənc futbolçu odur...
İdman 14 Aprel 22:25Baş nazirdən mühüm İKİ QƏRAR
Sosial 14 Aprel 22:16Kafe və mağazalara "qənim kəsilən" keçmiş məhkum yaxalandı
Hadisə 14 Aprel 22:03Ən yaxşı gün üçün ayaqqabılar...
Dəb 14 Aprel 21:56Toyota Rusiyada satışda olmayan bir modeli qeydiyyata alır…
Texnologiya 14 Aprel 21:45Yeni Bentley Bentayga-nın ilk detalları açıqlandı...
Texnologiya 14 Aprel 21:34Həkimlər klinik ölümdən sonra bir kişini dirildiblər...
Maraqlı 14 Aprel 21:23Çoxuşaqlı ailələrin nisbətinin ən yüksək olduğu AB ölkəsi açıqlanıb...
Sosial 14 Aprel 21:16Nikol Kidman ölüm dulası olmağa qərar verib...
Mədəniyyət 14 Aprel 21:05Britaniyada ən təhlükəli hörümçəyin dişləmələri artıb...
Maraqlı 14 Aprel 20:54Rusiya Belarusu donuz əti ilə doldurub...
Dünya 14 Aprel 20:45“Səhnəyə çıxmazdan əvvəl nənəmin mənə öyrətdiyi duanı oxuyuram...”
Şou-Biznes 14 Aprel 20:34Toyota, basketbol oynayan humanoid robot təqdim etdi...
Texnologiya 14 Aprel 20:23TƏBİB-ə yeni İcraçı direktor təyin edilib
Səhiyyə 14 Aprel 20:15Britni Spirs reabilitasiya mərkəzində müalicə alır…
Şou-Biznes 14 Aprel 20:14Beyninizi qorumaq üçün cəmi 20 dəqiqə: demans riskini necə azaltmaq olar?
Səhiyyə 14 Aprel 20:05Siz kimlə yaşayırsınızsa və həyatınızı onunla bölüşürsünüzsə, siz də eləsiniz..?
Maraqlı 14 Aprel 19:54Rusiyanın risk altında olan bölgələri müəyyən edilib...
Dünya 14 Aprel 19:43Yaşamaq üçün hələ doqquz ayınız var...
Səhiyyə 14 Aprel 19:36Ukrayna “Moskva” kreyserinin necə məhv edildiyini göstərib...
Dünya 14 Aprel 19:23Vaxt yaşla niyə uçur və onu necə yavaşlatmaq olar..?
Sosial 14 Aprel 19:14Ukrayna robotları ilk dəfə Rusiya mövqeyini ələ keçirib...
Dünya 14 Aprel 19:05Fransa şirkəti Suriyadakı terrorçulara rüşvət ödəyib..?
Dünya 14 Aprel 18:53Dəbin köləsi deyil, Allahın köləsi olmağa çalışın...
Sosial 14 Aprel 18:44“Sektor üzrə rentabellik göstəriciləri müsbət dinamikaya malikdir” - ATAXAN HƏSƏNOV
İqtisadiyyat 14 Aprel 18:41Keçmiş MKİ direktoru Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağırır...
Dünya 14 Aprel 18:35“Orbanın məğlubiyyəti Kreml üçün şok, Ukrayna üçün isə qələbə oldu”...
Dünya 14 Aprel 18:24Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
2,0042
+0,19%
-
GBP
2,3066
+0,36%
-
RUB
2,2428
+0,48%



