Yunanıstan-Azərbaycan oyununun hakimləri açıqlandı

Fevralın 2-də futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan–Azərbaycan oyunu Niderlanddan olan hakimlərə tapşırılıb.

SİA-nın Azərbaycan Futzal Federasiyasına istinadən məlumatına görə, görüşün birinci hakimi İbrahim El Jilali, ikinci referisi isə Lars Van Leeuven olacaq. Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.

Qeyd edək ki, matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə