Taekvondoçularımız Qran-prinin final mərhələsinə qatılacaqlar

Dekabrın 6-da Rusiyanın paytaxtı Moskvada taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürəcək. SİA-nın məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması 3 idmançı ilə təmsil olunacaq.

Təmsilçilərimizdən Cavad Ağayev (68 kq), Milad Beiqi Harçreqani (80 kq) və Radik İsayev (+80 kq) dayanq üzərinə çıxacaqlar. 42 ölkədən 128 idmançının qatılacağı yarışlar Moskvanın “Dinamo” İdman Sarayında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə