Salyanın "Muğan" klubu qış hazırlıq dövründə növbəti yoxlama oyununu fevralın 2-də "Rəvan" komandasına qarşı keçirəcək. Siasport.az saytı xəbər veeir ki, məşqçilər korpusu yoxlama oyununda, xüsusən, qış transfer müddətində heyətə cəlb edilmiş yerli və əcnəbi futbolçuları sınaqdan çıxaracaq. Qeyd edək ki, hazırlıq prosesini tamamlamaq üzrə olan "Muğan" fevralın 2-də Bakıya gələcək və Azərbaycan Premyer Liqasının startına qədər məşqlərini paytaxtda davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə