Futbolçu qadın hakimə "evinin işini gör" dedi

İtaliyanın Venesiya şəhərində "Pro Venezia" adlı futbol komandasının oyunçusu qadım hakimə "evinin işini gör" dediyinə görə 3 ay müddətinə futboldan uzaqlaşdırılıb. SİA xəbər verir ki, Daniele Berton adlı futbolçu 2014-cü ilin oktyabr ayında oynadıqları futbol matçından sonra qadın hakimi sosial mediadan təhqir edib.

Həmin matçda təmsil etdiyi "Cavallino" komandasının "Spinea" ilə qarşılaşması zamanı qadın hakim Qreta Pasquesinin ona haqsızlıq etdiyini önə sürən futbolçu "facebook" hesabından bu sözlərlə çıxış edib: "Hey, sən qadın! Niyə matç idarə etmək əvəzinə evdə oturub təmizlik işi görüb, nəsə ütüləmirsən. Səni hakim təyin edənə lənət olsun!".

Bu paylaşımına cavab olaraq İtaliya Futbol Federasiyasının Venesiya nümayəndəliyi dünən Daniele Bertonun 3 ay müddətinə futboldan uzaqlaşdırılması qərarını verib.

Eyni zamanda futbolçunun həmin dövrdə təmsil etdi komanda da 200 avro dəyərində cərimə ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə