"Qarabağ"ın online "fanshop"u fəaliyyətə başladı

"Qarabağ" FK yeniliklərlə azarkeşlərini sevindirməyə davam edir. SİA-nın məlumatına görə, artıq bugündən "Qarabağ" FK-nın rəsmi saytından klubun məhsullarını online sifariş etmək mümkündür. Linkə daxil olaraq məhsulu seçməklə sifariş etmək olar (FANSHOP - http://bit.ly/1KCWwKj). Sifariş zamanı daxil edilən informasiyalar düzgün olmalıdır.

Qeyd edək ki, məhsulların çatdırılması pulsuz, ödəniş isə nağd olaraq həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə