Akademik avarçəkənlərimiz Böyük Moskva Reqatasında çıxış edəcək

İyunun 9-da Rusiyanın paytaxtı Moskvada akademik avarçəkmə üzrə 51-ci Böyük Moskva Reqatası start götürəcək. Siasport.az saytının Milli Avarçəkmə Federasiyasının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, iki gün davam edəcək ənənəvi yarışda Azərbaycan da təmsil olunacaq.

Məlumat üçün bildirək ki, məşqçi İlqar Tağıyevin rəhbərliyi altında Moskvaya 3 akademik avarçəkənimiz yollanacaq. Onlardan Aleksandr Qlotov kişilər arasında 1 nəfərlik qayıqla mübarizə aparacaq. Kamal Xanlarov – Fərid Saadov dueti isə 18 yaşlılar arasında 2 nəfərlik yüngül çəkili qayıqla yarışacaq.

Qeyd edək ki, Böyük Moskva Reqatası \"Krılatskoe" Olimpiya Avarçəkmə Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə