Yetkinlik yaşına çatmış uşaqlarla necə rəftar olunmalıdır? - PSİXOLOQ DANIŞDI

"Uşaqlarda bu dövrdə tək fizioloji yox, həm də psixoloji dəyişikliklər baş verir. Onun davranışları, qərar vermə bacarığı, özgüvəni, maraq dairəsi dəyişir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Tahiba Quliyeva bildirib.

Psixoloqun sözlərinə görə, buna görə də ailəsindən çox dostları ilə vaxt keçirməyə başlayır: "Fikirlərinə hörmət edilməsini və qərarları özü vermək istəyir. Valideyn onun bir şəxsiyyət olduğunu unutmamalı onun fikirlərinə əlbəttə ki,hörmətlə yanaşmalıdır. Lakin bu o demək deyil ki, valideyn yeniyetmənin dediyi hər şeylə razılaşmalıdır. Xeyr, bunun çərçivəsi olmalıdır. Nə çox qadağa, nə də çox boşluq verilməməlidir. Yetkinin məntiqli fikirləri təsdiqlənməlidir.

Bu dövrdə yetkin hər istədiyini etmək istəyir. Yeni maraqlar axtarır. Ətrafındakılara özünü böyük kimi göstərir. Beləliklə, ailədə mübahisələr güclənir. Bu dövrdə yeniyetmə azadlığa meyilli olduğu üçün, siqaret , spirtli içki, hətta narkotikə qurşanma halları da çox baş verir. Uşaqlarınızın fikirlərinə hörmətlə yanaşmalı, yanlış olan nüansları düzgün şəkildə ifadə etməlisiniz. Bu dövrdə yetkinin beyni daha oyanıqdır. İntihar halları daha sıx bu yaş dövrlərində baş verir. Əgər övladınız hansısa bir nailiyyətdə məğlub olursa ( məsələn, hansısa bir yarışda və ya imtahandan kəsilirsə) bu halda onu cəzalandırmaq əvəzinə ruhlandırın. hər zaman arxasında olduğunuzu bildirin.
Əziz valideynlər, övladlarınızı qoruyun, sevginizi göstərin, nə çox sıxmayın, nə də özbaşına buraxmayın! Onlara çox hiss etdirmədən nəzarətdə saxlayın".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə