Məişət tullantılarının qalaqlandığı ərazi təmizlənib

Bakıda məişət tullantılarının qalaqlandığı ərazi təmizlənib. Bu barədə SİA-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O qeyd edib ki, Yasamal rayonu, “Zefir Mall” Ticarət Mərkəzinin arxa hissəsində məişət tullantılarının qalaqlanması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb: "Tullantıların qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Birliyə məcburi göstəriş verilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...