Kimlər ətdən uzaq olmalıdır? - BİLİNMƏYƏN MƏQAMLAR - QİDA MÜTƏXƏSSİSİ AYDINLATDI

"Bu gün bütün dünyada sanki insanları vegeterian olmağa səsləyən bəzi maraqlar var ki, bu maraqların arxasında nəhəng güclər durur. Yadınıza gəlirsə mən bir məqaləmdə iri buynuzlu heyvanların məhvinin planlaşdırılması haqqında da bir məqalə yazmışdım. Nə isə. Bu mövzuya girib ikinci dəfə baş ağrısı vermək istəmirəm". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, məsələ burasındadır ki, insanları ət yeməkdən çəkindirən həmin o güclər süni ət istehsalı ilə məşğul olan nəhəng şirkətlərdir: "Hansı ki birbaşa proqramlaşdırmağa uyğun olan həmin süni ət. Yaxşı bəs insan ət yeməlidirmi? Ət yemək bizə vacibdirmi? Çox uzatmadan bu mövzuda sizləri azda olsa bilgiləndirməyi özümə borc bildim".

1. İnsan övladı "Omnivor" yəni həm bitki, həm də heyvan mənşəli qidalardan qidalanan canlılar qrupundandır. Beləki insan övladı digər məməlilərə nisbətən həm kəsici, həm üyüdücü, həm də parçalayıcı dişlərə sahibdir. Bu da o deməkdir ki, insan təbii olaraq ət yeməlidir və bu insan üçün vacibdir.

2. Heyvan mənşəli zülallar yeyilib həzm olunduğunda qanımıza amin turşusu olaraq keçər. Amin turşularının hüceyrə quruluşunda önəmli vəzifələri var, eyni zamanda toxumalarımızın, sümüklərimizin əmələ gəlməsində həmçinin enzimin quruluşunda və bir çox biokimyəvi fəaliyyətdə də böyük rolları var. Hardasa 20 çeşid dəyişik cins amin turşusu var, bunlardan 9-u əsas amin turşularıdır ki, bunlar mütləq qida vasitəsilə alınmalıdır.

-Fenilalin
-Valin
-Treonin
-Triotofan
-Metionin
-Lösin
-İsobösin
-Lizin
-Histidin

3.Heyvan mənşəli qidalar, zülal mənbəyi olaraq sağlamlığımız və metabolizmamiz üçün çox önəmlidir. Başda "B12" olmaqla "B kompleks" vitaminləri, dəmir, sink, seleniumu da qırmızı ət məhsullarından alırıq. Gündəlik zülal ehtiyacı hər kq-a 1 qramdır. Nəzərə alsaq ki, gündəlik zülala olan tələbatımızın içində digər zülallı qidalar, yumurta, ağartı məhsulları və.s qidalarda var, o zaman zülal hesabından çıxmaq lazımdır.

Məsələn: 100 qram qırmızı ətdə 28 qr zülal var. Yəni 75 kq olan bir insanın gündəlik zülal ehtiyacını 250 qram ət ilə ödəmək olar. Amma bu, gündə 250 qr ət yemək anlamına gəlmir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi , başqa zülallı qidalara da yer ayırmaq lazımdır. Əti çox yeməmək şərti ilə azda olsa istehlak olunmalıdır. Elm deyir ki , zülal ehtiyacının 50% ni heyvan mənşəli qidalardan, digər 50% ni isə bitki mənşəli qidalardan əldə etməliyik. Bunlar göbələk, quru meyvələr, brokkoli kimi zülalla zəngin qidalardan ibarətdir.

5. Ət mövzusu elm adamları arasında hər zaman mübahisəli mövzular sırasında yer alıb. Madam ki, mənim yazdığım kimi ət bizim təbii qidalanmağımızın bir parçasıdır və madam ki ətin bir çox faydaları var, o zaman istədiyimiz qədər ət yeyə bilərik? Xeyr. Çünki hər şeyin çoxu zərərlidir, həmçinin normadan çox zülal istehlak etməyin də bəzi zərərləri var.

6.Zülalların həzmində əmələ gələn amin turşularının çoxluğunun nə ziyanı var? Metabolizmamızın ehtiyacından çox olan amin turşuları, bir enerji qaynağı olaraq istifadə olunmadığında və eyni şəkildə depolanmadığında,bunun bir şəkildə tənzimlənməsi lazım gəlir. Artıq burada qara ciyərimiz dövrəyə girir. Tələb olunandan çox olan amin turşuları biokimyəvi proseslərdən keçərək "Keton" cisimlərinə və "Karbamid"ə çevrilir. Bu müddət ərzində əmələ gələn bir maddə də urik turşusudur. Urik turşusu qurd xəstəliyinin yeganə səbəbidir. Bundan əlavə urik turşusunun, şəkər xəstəliyi ilə yanaşı ürək qan damar xəstəliyi də əmələ gətirdiyi elmi olaraq sübut edilmişdir. Burdan qənaətə gəlmək olar ki, həddindən artıq zülal istehlakı zamanı əmələ gələn urik turşusu, qurd xəstəliyinə səbəb olduğu kimi, eyni zamanda şəkər xəstəliyi, ürək qan damar xəstəliyinə də səbəb olur.

7. Qanda amin turşusu yüksəldiyi zaman qara ciyərimizdən "IGF1 hormonu" ifraz olmağa başlayır. Bunun izahı "İnsulin Like Growt Factor"dur. Yəni insulinə bənzər böyümə faktoru. Bu maddə beyindəki böyümə hormonu ilə birlikdə çalışaraq, hüceyrələrimizə böyüyün , inkişaf edin, bölünün mesajı verər. Əgər artıq biz böyüyüb yetişmişiksə, yaşımız 25 dən yuxarıdırsa və inkişaf edib böyüməli yerimiz qalmayıbsa, o zaman bu hormon hüceyrələrə, böyüyün, inkişaf edin və xərçəngə çevrilin mesajı verir. Ona görə də idmançılar əzələ inkişaf etdirdikləri üçün əti çox istehlak edə bilərlər amma təbii həddi aşmadan. Normal insanlar da əti öz çəkilərinə və sağlamlıqlarına uyğun olaraq istehlak etməlidirlər. Xəstələrə gəlincə onlar həkim nəzarətində həm ət suyundan eyni zamanda ətdə istehlak edə bilərlər.

8. Elmi araşdırmalara əsasən heyvan mənşəli zülalların xərçəngə çevrilməsinin bir səbəbi də bişirmə texnologiyasıdır. Ət deyəndə heç kimin ağlına xaşlama, qaynadılmış ət, pörtləmiş ət gəlmir. Əksinə ət deyəndə ağlımıza ilk gələn kabab və manqal yeməkləri gəlir. Kabablara o gözəl qoxunu və ləzzəti verən, ətlərin qızarmış qismlərinin içində "Heterotsiklik aminlər" , "Polisiklik aromatik karbohidrogenlər " və "Advanced glycation and products" yəni üzdə qəfil qırışların çoxalmasına səbəb olan İnkisaf etmiş qlikasiya deyilən kimyəvi maddələr var. Bu maddələrdən ikisi "Heterotsiklik aminlər" və "Polisiklik aromatik karbohidrogenlər" kanserogen maddələrdir. Yemək borusu, mədə və bağırsaq xərçənginə səbəb olur. "Advanced glycation and products "inkişaf etmiş qlikasiya isə damar zəhəri olaraq ürək damar və böyrək xəstəliklərinə səbəb olur. Kabab bişirərkən kababın közdən ən az 10 sm aralı olması və kömürün təbii cubuqdan olması da vacib məqamlardan biridir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə