Milli-mənəvi dəyərlər qloballaşma kontekstində - ANALİZ

Qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq göstərir. Multikulturalizmin mövcudluğu qloballaşmanın qarşısında əsas əngəldir və bəzi qlobal qüvvələr məhz bu səbəbdən mədəni müxtəlifliyi sıradan çıxarmağa, fərqli etnik, dini, mədəni bazaya malik xalqların monoton mədəniyyətə və süni dəyərlərə yiyələnməsinə çalışırlar.

Milli-mənəvi dəyərlərin aşılanmasında məktəblərin rolu

Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək əsas vəzifələrdəndir.

Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.

Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir. Milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir.

Milli-mənəvi dəyərlərin formalaşmasınd ailənin rolu

Şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin rolu böyükdür. Əsas dəyərlər məhz ailədə doğulur və formalaşmağa başlayır. Azərbaycanlı milli düşüncəsində ailə kiçik dövlət modeli kimi qəbul edilməklə, müqəddəs və ülvi sayılır. Böyüklərə ehtiram və hörmət, uşaqlara sevgi, diqqət və qayğı zəngin milli-mənəvi dəyərlərimizin başlıca qayəsini təşkil edir. Gənclərin ədalət və düzgünlük, humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərhəmət, xeyriyyəçilik, cəsarət və şücaət, mərdlik, təmizlik, halallıq, milli-mənəvi dəyərlərə bağlılıq, böyüklərə hörmət, əməksevərlik ruhunda tərbiyə edilməsindən əsas rollardan birini də ailə oynayır. Ona görə də, ailələrdə bu məsələlərə viddi fikir verilməlidir.

Təlim-tərbiyə işinin təşkilində dini maarifləndirilmənin də rolunu xüsusi qeyd etmək lazımdır. Bütün əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Eyni zamanda vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına– Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir.

“Gənclər milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”

Ümummili lider bunu belə təsvir etmişdir: ”Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi ucun onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdrlar. Oz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər hec vaxt vətəninə, xalqına ogey munasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, kecmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”.

Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi mərhum Heydər Əliyevin məruzə və cıxışlarında həmişə qururla soylənilirdi. Heydər Əliyev gostərirdi ki, milli mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Son illərdə xalqımızın milli adətənənələrinə biganəlik halları haqlı olaraq xalqın, xususilə ziyalıların etirazına səbəb olmuşdur.

Bu etiraz və narazılıqlar haqqında mətbuatda cıxışlar milli-mənəvi dəyərləri qorumaq cağırışına cevrildiyi bir vaxtda mərhum prezident, umummilli liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, goruləcək işlərin perspektivini muəyyənləşdirmişdi: “Biz oz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi butun iistiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın oz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun boyuk sərvətidir. Hec vaxt iki xalq bir-birinə bənzəməz. Hec vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın ozunə, oz tarixi koklərinə, əcdadları tərəfindən yaradılmış milli, mənəvi dəyərlərinə bağlılığı boyuk amildir. Biz də indi dunyanın mutərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə tərbiyələndirməliyik”

Milli-mənəvi dəyərlər deyilərkən nələr nəzərdə tutulur?

Milli-mənəvi dəyərlər əlbətt çox geniş məvfumdur. Lakin burada birinci novbədə torpaq, dil, ocaq, əcdad, ovlad və qadınla bağlı şərəf, ləyaqət və namus ənənələrini nəzərdə tutmaq lazımdır. Muasir Avropada və Amerikada bir sıra xalqların milli faciə, qlobal fəlakət kimi yaşadığı muasir əxlaqi demoqrafik bəlalara (ailə-nikah-nəsil bohranı, alkoqol-narkoman-nihilizm sərxoşluğu ilə bağlı ifratlara) qarşı ən yaxşı sipər təbii-insani, milli tarixi sərvətləri muqəddəs tutub qorumaq, gələcək ucun də zədəsiz saxlamaq olmazdımı?! Təəssuf ki, belə sərvətlərə munasibətdə də həssaslığın lazımi səviyyədə olmadığı hallara rast gəlirik.

Mustəqil Azərbaycan dovlətinin mədəniyyət siyasətinin həyata kecirilməsində əsas cətinliklərdən biri də qloballaşmadır. Mustəqilliyə qədəm qoymuş gənc bir dovlət ucun qloballaşma adı altında milli-mənəvi dəyərlərinin sıxışdırılması, onun məhvinə gətirib cıxara bilər. Qloballaşma beynəlxalq aləmdə labüd olan bir proses kimi həyatımızdan yan kecə bilməz. Bir şərtlə ki, bu prosesdən umumi inkişafımız ucun səmərəli istifadə edə bilək.

Azərbaycan dünyada multikultiralizm dəyərlərinin nümunəsi kimi, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər, həmrəy və qarşılıqlı dostluq şəraitində yaşadığı unikal ölkələrdəndir. Bu bəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub- lap qədimdən bu ənənə yaşadılıb bu günlərə kimi davam etdirilir. Hazırda isə bu həm dövlət siyasəti, həm də ictimai münasibətlər sistemi kimi inkişaf etdirilir.

Prezident: "Qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük"

Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrdəki bəzi təhlükələrə də toxunur: "Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük- gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq".

Prezident İlham Əliyev çıxışlarında qloballaşmanın pərdəarxasını açıq şəkildə göstərir və Azərbaycanın öz milli, mədəni, mənəvi dəyərləri əsasında, başqa sözlə Azərbaycançılıq ideologiyası əsasında inkişaf edəcəyini bildirir. Xalqımız da son dövrlərin təcrübəsindən göründüyü kimi, öz dəyərlərini qoruyub saxlamaqda əzmlidir. Bir sözlə dövlətin və cəmiyyətin bu məsələdə fikri yekdildir.
Azərbaycançılıq ideologiyası xalqımızın zəngin mədəni və mənəvi dəyərlər sistemi üzərində vahid və bölünməz vətəndaş cəmiyyəti yaratmağa xidmət edir. Biz bütöv bir cəmiyyətik və bütöv bir xalqıq. Min illər keçsə də, belə qalacağıq.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə