"Azərbaycan haqq yolundadır" - Millət vəkili

"Sentyabr tarixində təcavüzkar Ermənistanın növbəti dəfə bütün cəbhə boyu hərbi təxribat törədərək Azərbaycan silahlı qüvvələrinin mövqeylərini və yaşayış məntəqələrimizi bütün növ silahlardan atəşə tutaraq hücuma keçmələri Ermənistanın əsl simasını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu hadisələr onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan beynəlxalq ictimayyətə müraciət edərək Ermənistan hakimiyyətinin 30 ildən artıq bir müddətdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti barədə, işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi, bir milyondan artıq azərbaycanlının qaçqın və köçkün vəziyyətinə düşməsi, danışıqlar prosesinin Ermənistan tərəfindən bilərəkdən, məqsədyönlü şəkildə pozulmasından və son vaxtlar Azərbaycana qarşı törədilən hərbi təxribatların artması barədə məlumat vermişdir: "Çox təəsüflər olsun ki, dünyada baş verən münaqişələri nizamlamalı olan BMT-nin Təhlükəsizlik Şurası, konkret olaraq Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün təşkil olunan ATƏT-in Minsk Qrupu və digər nüfuzlu Beynəlxalq Təşkilatlar tərəfindən təcavüzkar Ermənistana qarşı heç bir tədbir görülməmişdir.

Bundan istifadə edən Ermənistan rəhbərliyi Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətlərini gizlətmir. 27 sentyabr tarixində Ermənistanın başladığı hərbi əməliyyatların əsas məqsədi yeni əraziləri işğal etməkdir.
Düşmən bu dəfə də qəhrəman Azərbaycan ordusundan qətiyyətli cavabını aldı.

Qəhrəman Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladıvə 27, 28 sentyabr tarixlərində düşmənə ağır zərbələr vuraraq onu geri oturtmağa məcbur etmişdir. Müdafiyə Nazirliyinin verdiyi məlumatlara görə düşmənin çoxlu sayda hərbi texnikası sıradan çıxarılmış, çoxlu sayda hərbi qulluqçusu məhv edilmişdir. Aparılmış əks-hücum əməliyyatları zamanı 7 kəndimiz işğaldan azad olmuş, strateji yüksəklik olan Murovdağ yüksəkliyi ələ keçirilmişdir. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam etdirilir. Gərgin döyüşlər gedir. Ordumuz yüksək ruh yüksəkliyi ilə, işğal altında olan torpaqlarımızı azad etmək üçün tapşırıqları uğurla həyata keçirdirlər. Bu bizim torpaqlarımızı tam azad edənədək gedən yolda əldə etdiyimiz ilk qələbələrdir. Bizim yolumuz haqq yoludur. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək, öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız öz döğma yerlərinə qayıdacaqlar. Bu şərəfli vəzifənin yerinə yetirilməsində şanlı ordumuza uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə