Bakı kəndləri bu gün özünün inkişaf dövrünü yaşayır - ŞƏRH ÖZƏL

"Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramları qəbul olunub. Bununla da, regionlarda kifayət qədər uğurlu işlər görülüb. Bu gün Bakı şəhəri kifayət qədər müasirliyi və eyni zamanda tarixiliyi özünde ehtiva edərək inkişaf dövrünü yaşayır". Bunu SİA-ya açıqlamasında "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, Bakının tarixiliyi və qədimliyi ilə seçilən kəndlərindəm biri də Balaxanı kəndidir: "Balaxanı hər zaman sənaye regionu kimi tanınıb. Balaxanı bu gün tarixiliyini qorumaqla yanaşı, müasirliyini də zənginləşdirir. Balaxanı və Bibiheybət kəndləri hər zaman sənaye mərkəzi kimi diqqətdə olduğu üçün uzun zaman bura turizm potensiallı bir yer kimi nəzərə çarpmayıb. Lakin son illərdə orada aparılan təmir-bərpa işlərindən sonra sözün əsl mənasında göz oxşayır".

V.Rəhimzadə vurğulayıb ki, bərpa işlərindən sonra Balaxanıya kifayət qədər insan axınının olması, bir sıra xarici KİV-lərdə Balaxanı ilə əlaqədar xəbərlərin dərc olunması burada turizm potensialının olduğunu bir daha göstərib: "Balaxanı ilə yanaşı Bibiheybətin də təmir-bərpa işlərinə xüsusi önəm verilir. Cənab Prezidentin qarşıya qoyduğu hədəflərdən ən başlıcası budur ki, bütün Bakı ətrafı qəsəbələri və bütövlükdə Azərbaycanın bütün qəsəbələri müasir şəkildə qurulmalıdır və öz müasirliyi ilə göz oxşamalıdır. Bu günə qədər görülən işlər də bunun bariz nümunəsidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə