200-dən çox iştirakçıya kiçik bizneslərini qurmaq üçün aktivlər verilib

Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən özünüməşğulluq proqramına dəstəyin göstərilməsi davam edir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, artıq 200-dən çox proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Bu proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub.

Ümumilikdə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...