Magistral su xətti zədələndi, içməli suyun verilməsi dayandırıldı

Qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-dən SİA-ya bildirilib ki, hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...