Xidməti müqavilələrlə işləyənlərin nəzərinə

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslərin icbari tibbi sığorta ödəməyə başlayacağı müddət uzadılıb. SİA xəbər verir ki, bu "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlayacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə