Azərbaycanla İran sərhədinin bağlanması aprelin 20-dək uzadıldı

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.

Bütün xəbərlər Facebook səhifəmizdə