Mühafizə Alayında vətənpərvərlik tədbirləri davam etdirilir FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında 2016-cı ilin aprel ayında gedən döyüşlərin birinci ildönümü ilə əlaqədar "Aprel döyüşləri bizim şanlı qələbəmizdir!" şuarı altında silsilə vətənpərvərlik tədbirləri davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Alay komandirinin sərəncamına əsasən hərbi kollektiv münasibətlərinin möhkəmləndirilməsi və inkişafı, habelə hərbi qulluqçuların intellektual səviyyəsinin artırılması məqsədilə bütün bölüklərdə şəxsi heyət arasında "Breyn- Rinq" bilik yarışları təşkil olunub.

Finala çıxan komandalar qələbə uğrunda Mühafizə Alayının klubunda üz-üzə gəliblər.

Maraqlı mübarizə şəraitində keçən yarışlarda qalib gəlmiş Mühafizə Alayının 8-ci bölüyünün hərbi qulluqçuları kubok və fəxri fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə