“Khazar Islands” layihəsi Türkiyə mətbuatında

"Avesta" konserninin prezidenti, "Khazar Islands" layihəsinin rəhbəri İbrahim Nehrəmli Türkiyənin "Star", "Bloomberg", "Dünya" və "Kripto" agentliklərinin nümayəndə heyəti ilə görüşüb.

Konsernin mətbuat xidmətidən bildiriblər ki, görüşdə qonaqlara layihə haqqında geniş məlumat verilib. Şirkət prezidenti, həmçinin nəhəng layihənin perspektivlərindən də söz açıb.

Bundan başqa, qardaş ölkənin mətbu orqanları ilə reklam və marketinq sahəsində müəyyən qarşılıqlı razılıqlar əldə olunub.

Xatırladaq ki, süni arxipelaqda inşa olunan və 78 adadan ibarət "Khazar Islands" meqa-layihəsində ötən aylarda bir sıra sosial

obyektlər istifadəyə verilib. Məhz bu tədbirlər dünya ictimaiyyətinin bu layihəyə marağını daha da artırmaqla, buraya gələn həm turistlərin, həm də beynəlxalq mətbuat nümayəndələrinin sayını artırıb.

Təsadüfi deyil ki, həm qonşu ölkələrin TV kanalları, həmçinin digər beynəlxalq mətbu orqanları layihənin detalları ilə yaxından tanış olur, onun reallaşmasının dünya miqyasında çox önəmli bir hadisə olduğunu öz reportajlarında xüsusilə qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə