Səbail məktəbliləri mübariz olmağa söz verdilər

Məlum olduğu kimi 7-fevral Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev xalqımızın igid oğlu Mübariz İbrahimova dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi (ölümündən sonra) barədə sərəncam da imzalayıb. Milli qəhrəmanın doğum günü təkcə doğulduğu rayonda deyil, Respublikanın hər yerində anılır.

Bu münasibətlə Səbail rayonunun bütün məktəblərində də tədbirlər keçirilib. Belə tədbirlərdən biridə 49-saylı İntellekt Məktəb – Liseydə keçirilib. Tədbirdə Səbail RİHBA-nın, ehtiyatda olan bir çox döyüşçü veteran, ehtiyyatda olan polkovnik Qalaqanov Yuri, C.Cahangirov, QMVŞAİB-n Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Bakı şəhər Veteranlar Şurasının sədri Azad Əsədov, Xocalı soyqırımı tanıtma ictimai birliyinin sədri Şamil Sabiroğlu, valideynlər və rayon ictimaiyyətindən nümayəndələr, Hərbi and qəzetindən və başqa mətbu orqanlardan da qonaqlar iştirak edib.

Mərasimdə əvvəlcə Dövlət himni səslənib, daha sonra isə üçrəngli bayrağımız səhnəyə gətirilib. Bundan sonra şagirdlər milli qəhrəman haqqında hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirib. Şagirdlərdən Tofiq, Ziyad, Fidan, Araz, İsmayıl, Türkan, İbrahim, Murad, Lamiyə, Aytən və başqalarının oynadıqları kompozisiya zalda əyləşən hər bir insanı ağladıb. Şagirdlərin xorla dediyi bəzi fikirlər tükürpədici oldu: "Biz Vətənə borcumuzu bu gün oxumaqla sabah isə müstəqil Azərbaycan ordusunda mənfur düşmənə qarşı vuruşmaqla iqtisadiyyatın, ictimai-siyasi, mədəni, həyatın müxtəlif sahələrində çalışmaqla verəcəyik. Bu bizim şərəfli işimiz və vətəndaşlıq borcumuzdur. Bizim ürəyimiz vətənə sonsuz məhəbbətlə doludur. Sevinirik Qəhrəmanlıq ölməyib Babaların ruhu bizdən dönməyib, Ümidlərimiz qoy dirilsin var olsun! Təki Vətən, Təki Vətən sağ olsun
Bizim hər birimiz düşmənə Mübariz kimi olacağımıza Vətən qarşısında söz veririk".

Tədbirin sonunda məktəbin direktoru Təhminə Əsədova öz fikirlərini bildirərək tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə