FHN-nin Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), FHN, Bakı Musiqi Akademiyalarının (BMA) və Azərbaycan Milli Konservatoriyasının (AMK) Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşəbbüsü ilə 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirin rəsmi hissəsində çıxış edən FHN Akademiyasının rəisinin kadr, şəxsi heyətlə iş və tədris üzrə müavini, polkovnik Afət Qurbanov Milli Qurtuluş Gününün tarixi haqqda danışaraq onun önəmini bir daha vurğulayıb. Ardınca çıxış edən BMA TGT sədri Vüqar Hümbətov ümummilli lider Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğısından danışıb. Tədbir BMA-nın və AMK tələbələrinin ifasında musiqi parçaları ilə davam edib.

Qeyd edək ki, konsert proqramında FHN-nin əməkdaşları, FHN Akademiyasının rəhbərliyi, kursant və zabitləri və digər qonaqlar iştirak ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə