Atmosferi çirkləndirən avtomobillərin sürücülərinə inzibati protokollar tərtib edilib - FOTOLAR

Quba Rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava aylığı" çərçivəsində reyd keçirilib. SİA xəbər verir ki, tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda, ətraf mühitə normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin olunmasıdır.

Reyd zamanı avtonəqliyyat vasitələrinə baxış keçirilib, mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri barədə inzibati protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə