"Təbiətə zərbə vuran insanlar alamalıdırlar ki, oturduqları budağı kəsirlər" - EKOLOQ NARAZILIQ ETDİ

“Azərbaycanda yaşıllıqların qorunması istiqamətində cəmiyyət tərəfindən addmları qənaətbəxş hesab etmirəm”. Bu barədə SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, bəzi fəallar, QHT-lərin istisna olmaqla cəmiyyətin bu yöndəki marağı o qədər də qənaətbəxş deyil: “Hesab edirəm ki, burada əsas problem əhalinin o qədər də maariflənmiş olmaması ilə bağlıdır. Təbiətin qorunmasının vacibliyi cəmiyyət üçün o qədər də əhəmiyyətli görünmür. Hesab edirəm ki, bu qüsuru təbliğat və mətbuatın iştirakı ilə aradan qaldırmaq mümkündür. Amma cəmiyyətin təbiətin qorunmasındakı iştirakı hazırda çox zəifdir, gözə görünən səviyyədə deyil”.

C.Bəxtiyar bildirib ki, insanlar cəmiyyətin bir parçası, vacib komponentlərindən biri olduqlarınıə başa düşməlidirlər: “İnsanlar digər komponentlərlə harmonik münasibətlərdə olmalıdır. Harmoniyanın qurulması məhz insanların atmalı olduğu addımlara möhtacdır. Ona görə də insanlar maarifləndirilməlidirlər. Təbiətin qorunmasının əhəmiyyətini onların diqqətinə çatdırmaq üçün ziyalıların, mətbuatın üzərinə çox böyük yük düşür. Biz çalışaraq bu yükün öhdəsindən gəlməliyik. İnsanlar bilməlidirlər ki, yaşıllıq olmasa biz nəfəs ala bilmərik. Bizim tənəffüsümüzdə əsas rol oynayan oksigenin miqdarı məhz yaşıllıqlardan asılıdır. Bunu bilməyən, təbiətə zərbə vuran insanlar anlamalıdırlar ki, əslində oturduqları budağı kəsməklə məşğuldurlar”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə