Manana: "Əvəzolunmaz sevgimizin 12 ili tamam oldu" FOTOLAR

Əməkdar artist Manana Çaparidzenin evliliyinin 12-ci ili tamam olur. SİA-nın məlumatına görə, sənətçi bu barədə sosial media hesabında məlumat verib. Belə ki, ifaçı həyat yoldaşı Georgi Qabalave ilə bağlı paylaşım edib və bu sözləri yazıb: "Əvəzolunmaz sevgimizin 12 ili tamam oldu. Hər gün Allahıma bu hədiyyəni, saf sevgini, ailəmi və ümumiyyətlə, hər şeyi mənə bəxş etdiyinə görə şükür edirəm. Biz öz sevgimizi göz bəbəyi kimi qoruyuruq”.

Qeyd edək ki, cütlüyün Elizabet adlı qızı və David adlı oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə