"Survivor" iştirakçısı həyatının şokunu yaşadı - FOTOLAR

İspaniyada yayımlanan "Survivor" iştirakçısından biri olan La Pelopony Türkiyədə 6 plastik əməliyyat keçirib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, iştirakçı əməliyyatdan sonra kabus yaşayıb.

Nəfəs ala bilmədiyini deyən La Pelepony yaşadığı şoku sosial media hesabında paylaşıb: "Əməliyyat çox ağır keçdi, danışmaqda çətinlik çəkdim. Altı əməliyyat keçirdim. Yuxudan oyananda gözüm görmür və nəfəs ala bilmirdim”.

La Pelopony bildirib ki, belə bir vəziyyətlə qarşılaşacağımı bilsəydim, heç vaxt əməliyyata razı olmazdım: "Öləcəyimi düşünürdüm, ağzım çox şişmişdi. Dəhşətli anlar yaşadım, həqiqətən də qorxulu idi”.

O, hazırda yeganə arzusunun sağlamlığına qovuşmaq olduğunu və necə göründüyünə belə əhəmiyyət vermədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə