Etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan TƏHLİL

Tarixi memarlıq abidələri müasir dövrümüzdə, xüsusilə, diqqət mərkəzində olaraq qorunur və bərpa edilərək xalqın çoxəsrlik nümunələri gələcək nəsillərə ötürülür. Bu nümunələrin əksəriyyəti məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə abadlaşdırılır və bərpa olunaraq insanların ixtiyarına verilir. Xüsusi olaraq qeyd edək ki, son bir neçə ildə kifayət qədər abidələrimizə yeni həyat verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin məlum sərəncamları əsasında həyata keçirilən bir sıra tədbirlər sırasında mədəniyyət abidələrinə, mədəni irsin qorunmasına da xüsusi önəm verilir. Belə ki, Prezident İlham Əliyevin tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılması, onların bərpa olunması və gələcək nəsillərə çatdırılması barədə verdiyi tapşırıqlara uyğun olaraq bu sahədə geniş işlər görülüb və davamlı olaraq həyata keçirilir.

Dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Azərbaycan tarixən abidələr diyarı olmuş və maddi-mənəvi dəyərlərimizə münasibətin müsbət nəticəsi onların əsrlər boyu yaşamasına səbəb olmuşdur. Bu abidələr elmi təhlilini almış və müasir dövrümüzdə nəfis şəkildə, dəlillər əsasında dünya ictimaiyyətinə təqdim olunur. Qeyd edək ki, mədəni və təbii irs Azərbaycanda mədəni irsin qorunma tarixi 1921-ci ildə Azərbaycan İnqilab Komitəsinin Şuşa və Şəki şəhərlərindəki Xan saraylarının bərpa edilməsi haqqında qəbul etdiyi qərarla başlayır. Xalq Komissarlığı Şurasının 1924-cü il 4 mart tarixli qərarı əsasında Azərbaycanın milli mədəniyyət abidələri dövlət sərvəti elan edilir və bu da onların uçota alınması və qorunmasını təmin edir. Onu da xüsusi olaraq bildirək ki, sovet imperiyasında yaşadığımız ilk illərdə Bakı şəhərindəki Bibi Heybət məscidi, məşhur Aleksandr Nevski Kilsəsi, Roma Katolik kilsəsi partladılmış, dağıdılmış və yerlə yeksan edilmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirildi. Dövlət başçısı İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.
Cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Liderin ali ideallarını özündə ehtiva edir. Azərbaycanın Birinci Xanımının fəaliyyəti aşılmaz sayılan sərhədləri belə adlayır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında əhəmiyyəti ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində Fondun həyata keçirdiyi layihələrə münasibət yüksəkdir. Azərbaycanın Birinci Xanımı sivilizasiyalararası dialoqa töhfə verməklə yanaşı, dini məbədlərin bərpasına da köməklik göstərir. Fondun layihələrindən olan "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində müsəlman məscidləri ilə yanaşı, xristian kilsəsi də bərpa edilib. Mehriban xanım Əliyevanın müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, Fondun həyata keçirdiyi mühüm siyasətidir. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı. Layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb.

XALQLARIN ƏDALƏTƏ ÇIXIŞI - ÇOXMƏDƏNİYYƏTLİLİYİN TƏMİNİ

Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlərin həyata keçirilməsi istiqamətində də Azərbaycanda görülən işlər, məhz müasir dövrümüzdə dövlətin bütün millətdən olan insanlara diqqət və qayğı ilə yanaşmasının nəticəsidir. Fond tərəfindən Bakıdakı Müqəddəs Məryəm kilsəsi təmir və bərpa olunmuşdur. Heydər Əliyev Fondunun Fransanın Orn Departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım etməsi də "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində reallığa çevrilib.
Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan Azərbaycan dostluğun möhkəmlənməsinə, insani dəyərlərə, sülh və əmin-amanlığa, üstünlük verərək, sülsevər siyasətini dünyaya göstərir. Heydər Əliyev Fondunun Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlaması və Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikdirməsi görülən işlərin davamıdır.
Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Ölkəmizdə dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilirlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.

ERMƏNİ VANDALLIĞI

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində mədəni abidələrimiz də dağıdılmış, işğal edilmiş ərazilərdə qeyri-qanuni aparılmış qazıntılar nəticəsində aşkar edilmiş tapıntılar ermənilər tərəfindən mənimsənilmişdir. Erməni vandalizmi nəticəsində, Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi qarət edilib və yandırılıb. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də dini abidələrin təmir və bərpasına başlayıb. Ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayan ermənilərin vandallığı bütün dünyaya göstərildi. Dağıdılan dini abidələrimizə nəzər salarkən Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır.
İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılmış, eyni zamanda bir çox hallarda xalqımızın milli-mənəvi dəyərləri təhqir edilmişdir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də dini abidələrin təmir və bərpasına başlayıb. Ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayan ermənilərin vandallığı bütün dünyaya göstərildi. Dağıdılan dini abidələrimizə nəzər salarkən Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri və s. bu sırada vurğulanmalıdır.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri olan məscidlər, türbələr və digər inanc yerləridir ki, bu da erməni vandallığının göstəricisidir. Bu gün görülən işlər çərçivəsində dini-tarixi abdələrimizdə təmir və bərpa olunur. Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihə həyata keçirir. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...