Erməni terroru bütün dünyaya təhlükədir TƏHLİL

İkili standartlar dünyasında xalqımıza münasibətdə ayrı-seçkilik siyasəti davam edir

Ermənilərin bu bölgəyə xarici ölkələrdən köçürülməsinə dair çoxsaylı faktlar və axiv sənədləri mövcuddur. Bu reallıqları elə erməni tarixçilərinin, araşdırmaçılarının özləridə təsdiq edirlər. Mənbələrin, arxiv materiallarının saxlandığı Matendaran sənədlərinə istinad edən N.A.Tavakalyan İrandan köçürülən ermənilərin sayının 8510 nəfər olduğunu qeyd edir. 1834-cü ilin kameral təsvirinə görə, bütövlükdə İrəvan əyalətində 22336 ailə var idi ki, bunun da 65300 nəfərini kişi cinsi təşkil edirdi. Bunların 29690 nəfəri tatar, yəni Azərbaycan türkləri,10350 nəfəri əvvəllər köçürülmüş ermənilər və 24255 nəfəri İran və Türkiyədən yenicə köçürülən yezidi kürdləri, az qismi isə boşa adlanan qaraçılardan ibarət idi.

20 cilddən ibarət həmin siyahıyaalmanın nəticələri İ.Şopenin 1852-ci ildə nəşr edilən “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirilməsi dövrünün tarixi abidəsi ” adlı əsərində verilmişdir. Bu siyahıyaalınmaya görə, müharibədən sonra erməni vilayətində mövcud olmuş 752 kənddən 521-i İrəvan əyalətinə, 179-u Naxçıvan əyalətinə, 52-si isə Ordubad dairəsinə aid idi. Siyahıyaalmanın nəticələrinə görə, köçürülməyən vilayətlərdə 81749 nəfər müsəlman, 25151 nəfər erməni qeydə alınmışdı. 1832-ci ilin siyahıyaalınmasına görə, İrəvan əyalətindəki kəndlərin 463-də müsəlmanlar (Azərbaycan türkləri), 98-də ermənilər, 63-də isə azərbaycanlılar və ermənilər qarışıq yaşayırdılar. Beləliklə, erməni köçkünlər boşaldılmış 126 azərbaycanlı kəndində, azərbaycanlılar yaşadığı 70 kənddə, 22 qarışıq və 47 erməni kəndində məskunlaşmışdı.

İrəvan quberniyasının yaradılması

1840-cı ildə erməni vilayəti ləğv edildi. Əvəzində İrəvan qəzası yaradıldı və bu qəza Gürcü-İmereti quberniyasının tərkibinə daxil edildi.1849-cu ildə İrəvan, Aleksandropol (Gümrü), Naxçıvan, Ordubad və Novo-Bəyazid (Göyçə mahalının şərq hissəsi) qəzalarından ibarət İrəvan quberniyası təşkil edildi və 1917-ci ilə qədər bu quruluş əsasən dəyişməz qaldı. N.Şavrov yazırdı ki, rəsmi köçürülən 124 min nəfər erməni ilə yanaşı, qeyri-rəsmi şəkildə köçürülən də çox olmuşdu və ümumiyyətlə, köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır. XIX əsrin 90-cı illərində Türkiyə dövlətində baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 minə yaxın erməni yenə də Cənubi Qafqaza-Azərbaycan torpaqlarına köçdü. N.Şavrov qeyd edirdi ki, XIX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. Beləliklə, XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik xəritəsində yeni toplum – erməni toplumu peyda oldu....

....1988-ci ildə isə azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən – Ermənistandan deportasiyası başa çatdı. Azərbaycan toponimləri erməniləşdirildi. Bir sözlə, ermənilər özlərinə saxta tarix yaratmaqda davam edirlər. Tarixi həqiqət bunu deməyə lazım bilir ki, ermənilər Cənubi Qafqaza köçürülüb gətirilmə etnosdur. Onların əcdadları hesab olunan tayfalar təqribən eramızdan əvvəl I minilliyin ortalarında Fərat çayının yuxarılarında peyda olmuşlar. Bura isə onlar Balkan yarımadasından köçüb gəlmişlər. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilmişdir. Rəsmi addəyişmə əməliyyatları 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan adlanan ərazidə 521 türk mənşəli yaşayış məskənin adı dəyişdirilmişdir. 1918-1987-ci illərdə bu torpaqlarda 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qalmaqla, deportasiya edilməklə və s.) xəritədən tamamilə silinmişdir. Azərbaycanlıların 1948-1953-cü illər deportasiyasından sonra 60-dan çox yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ermənistan Ali Sovetinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlılara məxsus daha 90 məntəqənin adı erməni toponimləri ilə əvəz olunmuşdur. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir. Rus çarizminin erməniləri köçürməkdə məqsədi İran və Türkiyə sərhədlərində möhkəmləndirilmiş xristian zolağı yaratmaq və həmin dövlətlərə qarşı gələcək işğallarda ermənilərdən bir vasitə kimi istifadə etmək idi.

Vətən torpağından pay olmaz. Torpaqdan pay verən isə vətənsiz qalar

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti xalqın iradəsini nəzərə almadan, böyük dövlətlərin təzyiqi ilə öz ərazisində paytaxtı qədim Azərbaycan şəhəri İrəvan olmaqla erməni dövləti yaradılmasına razılıq verdi. Ermənilər və onların Moskvadakı havadarları Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün zəmin hazırladılar. 1946-1948-ci illərdə 100 mindən çox erməni xaricdən köçürülərək Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldı. Çox təəssüf ki, ikili standartlar dünyasında xalqımıza münasibətdə ayrı-seçkilik siyasəti davam edir. Azərbaycanın Müzəffər ordusu 44 günlük Vətən müharibəsi ilə düşmən tapdağı altında olmuş torpaqlarımızı azad etdikdən sonrada ayrı-ayrı ermənipərəst dövlətlər ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirirlər. Hətta özlərini demokratik dünyanın əsas aparıcı qüvvəsi kimi təqdim etməyə çalışan dövlətlər və onların təsiri altında olan təşkilatlar Azərbaycanda insan hüquqlarının pozulması, demokratik təsisatların fəaliyyətinə əngəllərin yaradılmasına dair cəfəng iddialar irəli sürür, hesabatlar yayırlar. Bununla belə, Azərbaycan xalqı ermənipərəst Qərb siyasətçilərinin insan haqları və demokratiya barədə danışdıqları cəfəngiyatlara baxmayaraq ədalətli, haqlı mübarizəni davam etdirəcək. Çünki 1918-ci ildə yol verilmiş acı tarixi təcrübədən ibrət götürən xalqımız bilir ki, Vətən torpağından pay olmaz. Torpaqdan pay verən isə vətənsiz qalar.

Ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur

XX əsrin əvvəllərində ermənilərin xarici ölkələrdən Azərbaycana köçürülməsi bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur. Erməni avantüristlərinin “İlk Ermənistan” xülyasını həyata keçirilmələri ilə bağlı yalançı təbliğatları Qafqaz bölgəsində milli qırğınların başlanmasına gətirib çıxarmışdır. 1905-1906-cı illərdə törədilmiş bu qırğınların miqyası xeyli genişlənərək Bakı, Naxçıvan, İrəvan, Zəngəzur, eləcə dən Cənubi Azərbaycana ərazisinin əhatə etmişdir. Həmin illərdə erməni terror təşkilatına qoşulmağa səslənən intibahnamələr yayılırdı. Bu intibahnamələrdə Azərbaycanlılar ruslara qarşı birlikdə mübarizə aparmaq adı ilə erməni terror təşkilatına qoşulmağa çağırıldı. Bu qarşı çıxanlara qarşı isə hədə-qorxu gəlinirdi. Senbapol Kuzniski o dövrdə yazırdı: “Görünür ermənilərin bu cür fitnəkar fəaliyyəti müsəlman dünyasında geniş yayılmışdır”.

Yeri gəlmişkən ermənilərin hədələyici intibahnamələri və onlara müsəlmanların mənfi cavabları İsgəndəriyyədə fars dilində çap olunan “Cohrənuma” jurnalında dərc edilmişdir. “Daşnaksütyun” partiyasının idarə etdiyi erməni quldur birləşmələrinin 1905-ci il fevral ayının 20-21-də İranın müsəlman əhalisinə qarşı törədikləri vəhşiliklər, qırğınlar və dinc sakinlərə qəddarcasına divan tutulması şahidləri dəhşətə gətirmişdir. O vaxt Rusiyada nəşr olunmuş “Kavkaz” qəzetində bu qətllərin “Parisdə” və ya “Venesiyada” çap edilmiş erməni dərdliklərindən tərbiyə almış adamlar tərəfindən törədilməsi qeyd olunurdu. Bu kitabların müəllifləri öz şagirdlərini bəşəriyyətə qarşı gələcək cinayətlərə sanki qabaqcadan proqramlaşdırırdılar. Adı çəkilən rus qəzetinin yazdığına görə, həmin dərsliklərdə tanrının erməni xalqına stilizasiyasını və xristianlığı yaymaq üçün vasitəçi seçdiyi vurğulanırdı. Yeri gəlmişkən, Ümummilli Liderimi Heydər Əliyev bu məsləyə belə qiymət vermişdir: “Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə dərin yaratmağı dövlət siyasəti səviyyəsinə qaldırır. Böyük humanist ideyalara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına və yerli qüruruna yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”. 1905-ci il mayın 11-də Bakıda erməni terrorçuları Qafqaz xalqları arasında dostluq əlaqələri yaratmaqla təşəbbüs göstərən knyaz M.A.Nakasidzeni və Q.Takaşvilini qətlə yetirdilər. Həmin hadisə baş verən gün general Alixanov da öldürüldü. O dövrün məlumatlarına əsasən qatillərdən biri “dro” ləqəbli Draftomat Kanayan olmuşdur. Bu hadisələrdən əvvəl Dro Zəngəzur bölgəsində müxtəlif erməni quldur dəstələrini tərkibində dinc insanlara – türklərə, gürcülərə, azərbaycanlılara qarşı qırğınlarda yaxından iştirak etmişdir. Daşnak terrorçuları tərəfindən qətlə yetirilənlər arasında qəza rəisləri Pavlov, Nessanski, Boquslavski, vitse-qubernator polkovnik Andreyev Bukov və başqaları da vardır.

Erməni vəhşiliyi nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi

Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların soyqırımı haqqında fərmanında qeyd olunur: “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar keçirirdilər. Onların Bakıda başlama vəhşilikləri Azərbaycan indiki Ermənistan adlanan ərazidə Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bunları törədən təşkilatlar hadisələrin açılmasına, ona düzgün hüquqi - siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlılara mənfi obrazını yaratmış, özlərini avantürist torpaq iddialarını pərdələmişlər”.

Azərbaycan Xalq Cumuriyyətinin fəallarında biri olan Mirzəbala Məmmədzadə 1920-ci ilin mayın 28-də müsavatçı adı ilə həbs olunur. Həbsdən azad edildikdən sonra İrana müraciət edən M.Məhəmmədzadə bir müddər Ənzəli və Rəşt şəhərlərində yaşayır. O, 1926-cü ildə İstanbulda çap olunmuş “Yeni Qafqaz” dərgisində İran xatirələrini nəşr etdirir. Sonralar 1927-ci ildə İstanbula gedir, orada “Ermənilər və İran” adlı kitabını türk dilində çap etdirir. Müəllif faktlara istinad edərək daşnaq partiyasının İrandakı işi və erməni millətçilərinin iddiasına görə onların ariyalılarla eyni irqdən olması və qan qohumluğu barədə bir sıra məsələ olaraq toxunurdu. M.Məmmədzadə yazırdı ki, “Birinci Dünya Müharibəsindən öncə bütün dünyada mövcud olan 3 milyon nəfər erməninin 1 milyon 100 mini Qafqazda, 100 mini İranda, 400 min nəfəri isə Türkiyədə yaşayırdı”.

Daşnak partiyasının fəaliyyətinin Afinadan Tehrana köçürülməsi Xoy, Təbriz, Rəşt, İsfahan və s. şəhərlərdəki fəaliyyəti, eləcə də Xoyda və Təbrizdə erməni kissələrinin işi bir daha təsdiq edir ki, daşnaklar İranda müstəqil Azərbaycan Cumhuriyyəti və Türkiyə əleyhinə müxtəlif təxribatlar həyata keçirməklə məşğul olmuşlar. Özlərini ariyalı iranlılarla bir irqadən bilib qan qardaşı adlandıran erməni daşnaqları 1905-ci ilin fevral ayında Bakıda, Tiflisdə Şuşada olduğu kimi, Cənubi Azərbaycanda da qırğınlar törətməkdən çəkinmirdilər.

Yeprem başda olmaqla çar Rusiyasının Rəştdən Qəzvinə basqın etməsi

1890-cı ildə Kristofor Mikailyan, doktor Kanb Lorzis Məlikov, Sİmon Zavoryan və Konstantin Xatisyanın iştirakı ilə Tiflisdə daşnak partiyası yaradılır. Rəsmi orqanı “Drujaq” qəzeti olan daşnak partiyası 1907-ci ildə Vyanada özünün IV qurultayında bütün təşkilatlarına və üzvlərinə tapşırıq verərək hamını “erməni” məsələsini həll etmək üçün İrana gedən azadlıq hərəkatında fəal iştirak etməyə çağırırdı.....

Yepremin atdığı güllə ilə Tehranın Atabəy parkında “sərdari-milli” ləqəbli Səttərxan ayağından yaralandı. Bir ildən sonra o, həmin yaradan vəfat etdi. Yeprem Tehran şəhərini polis rəisi vəzifəsinin ələ keçirdikdən sonra onun başçılığı altında yüzlərlə məşrutəçi azərbaycanlı türkü Atabəy haqqında odlu silahla qətlə yetirildi. Yeprem başda olmaqda çar Rusiyasının qonşusu Rəştdən Qəzvinə basqın etdi. Rusların ultimatumu 1911-ci il dekabrın -də İran parlamentinin müzakirəsinə çıxarıldı. Müzakirənin gedişində çıxış edən Şeyx Məhəmməd Xiyabani israrla deyildi ki, “biz öz əlimizlə istiqlaliyyətimizi özgələrə təqdim etməyə haqlı deyilik”. Dekabrın 24-də İran parlamenti buraxılır və Səmsaus-Səltənə İrani çar Rusiyasının müstəmləkəsinə çevirən ultimatumu qəbul edir.

Sonralar Yeprem törətdiyi cinayətlər barədə belə qeyd edir: “1980-ci il fevarlın 8-də Qiyas Nizami oğlu Nasir xanı müavini ilə birlikdə Qəzvində öldürdüm. Sonra onun fərraş başçısı Vəli xanı tapıb qətlə yetirdim. Qəzvindən 35 kilometr aralıda - Xurzan adlı yerdə erməni dəstəsilə birlikdə Şahsevənlərdən 58 nəfəri öldürüb, 46 nəfəri isə yaraladıq. Qəsdən qadınları öldürdük. Çünki onlar çadralarının altında silah daşıyırdılar. Uşaqları qəsdən öldürmədik. Onlar təsadüfi güllələrin qurbanı oldular”. Qatı cani Yeprem daha sonra qeyd edir: “Aprelin 19-da 90 nəfərlik erməni dəstəsi ilə Qəzvinə hərəkət etdik. Qiyas Nizaminin 21 yaşlı oğlunu əsir götürdüm. Qəzvində 60-70 nəfəri öldürüb, 35 nəfəri yaraladıq. Sərdarı tutub güllələdim”. Türk qanına susamış Yeprem 1908-ci il aprelin 18-də 7 nəfər erməni silahlısı ilə şahsevənlərə hücum edib 8 nəfər kişi və bir qadını öldürdüyünü, Qəzvində isə kürd qəbilələrinin başçısı Qiyas Nizamini güllələdiyini bildirdi. Yeprem 1908-ci il iyunun 24-də Tehran ətrafında – Qaratəpənin üç kilometrliyində Bəxtiyarilərdən 50-60 nəfərin öldürülməsini lovğalıqla qeyd edirdi. Bu murdar xislətli şəxs quldur erməni dəstəsilə Tehranda Sipəhsalar məscidinə hücum etməsini və oradakıların qaçmasından da ağızdolusu söhbət açırdı. Daşnak quldurların Tehrandakı hərbi qərargahı erməni məktəb binası idi. Erməni millətçilərinin “sədaqət” və “fədakarlığına” bel bağlayan İran dövlət başçıları onlara xüsusi imtiyaz və üstünlük verirdilər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə