"Soçi görüşündə bununla bağlı artıq razılıq alınıb" - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı xüsusən kommunikasiya xəttlərinin açılması ilə bağlı fikirlərinin İranla sərhəddə səsləndirilməsi əbəs deyildi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, dövlət başçısının "Zəngəzur dəhlizi ilə bağlı son hadisələr göstərir ki, biz hədəflərimizə nail oluruq" bəyanatında son hadisələr olaraq nəzərdə tutduğu Soçi görüşünün gündəmi, Paşinyanın Moskvaya çağırılması, MDB dövlət başçılarının görüşündə kommunikasiya xətlərinin açılmasına dair pozitiv mövqenin səslənməsi, İran xarici işlər naziri Abdullahianın Lavrovla görüşündə Tehranın "xəyal qırıqlığı"nı nəzərdə tutur.

Z.Qarayeva vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı əsas problem Ermənistan ərazisində dəmiryol xəttinin inşası ilə bağlı inşaat işlərinin hələ başladılmamasıdır: "O zaman bu bəyanatdan sonra belə qənaətə gəlmək olar ki, Soçi görüşündə bununla bağlı artıq razılıq alınıb".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə