Bu gün erməni saytlarında ən çox yer alan mövzulardan biri 32 yaşlı İzaura Balasanyanla bağlıdır. Xankəndindəki erməni separatçı rejimdə yaşamaqdan bezib 4 uşağı ilə Şuşaya keçmək istəyən, amma rus sülhməramlıları tərəfindən geri qaytarılan erməni qadından...
Məsələn, əksər erməni saytları baş verənlərdə ilk olaraq Ermənistan və “artsax” liderlərini günahkar görürlər. Maraqlıdır ki, əksər erməni saytları bu gün Qarabağda qalan azsaylı ermənilərin də artıq ümidsizliyə qapıldıqlarını etiraf etməyə başlayıblar.
Onu da qeyd edək ki, bəzi erməni saytları isə Balasanyanın atdığı addımda, yəni onu bu yollu seçməkdə günahkar kimi, müqəvva “prezident” Araik Arutyunyanı görürlər. Onlar yazırlar ki, Ermənistan “artsax”ın qalıqlarını Rusiyanın “mərhəmətinə verdiyindən”, Arutyunyan orada, sadəcə olaraq Kremlin bir kuklası olaraq hələ ki qalmaqdadır.
...Ruslara isə öz hərbi varlıqlarını “yaşatmaq” üçün torpaq lazımdır, yəni bu torpaqda hər hansı bir erməninin yaşayıb-yaşamaması onlar üçün elə də bir önəm kəsb eləmir.
...Əgər Kreml “artsaxı” Ermənistandan nə qədər uzaqlaşdırsa, sakinlərinin problemləri də bir o qədər çox olacaq və İzaura Balasanyan kimi insanların sayı artmaqda davam edəcək. Bildirim ki, bunu da ermənilər bəyan edirlər.
...Gərək ki, bizlərdə belə bir deyim var: “...deyir, məni narahat edib qorxudan qardaşımın ölümü deyil, məni narahat edib qorxudan Əzrayılın qapımızı tanımasıdır”.
Məsələ bundadır ki, bu gün 32 yaşlı 4 uşaq anası İzaura Balasanyanın atdığı addım erməniləri narahat etməkdən daha çox qorxudur. Çünki onlar başa düçürlər ki, bu artıq sondur, yəni İzaura ilk toxunma daşı olsa da, sonuncu deyil. Onlar əmindirlər bunun davamı gələcək. Ona görə də, onlar Ermənistandan “artsax”ın taleyi ilə bağlı narahat olmağı “tələb edirlər”.
Əks halda “artsax” xalqının kütləvi şəkildə Azərbaycanın nəzarətindəki ərazilərə köçürülməsinin şahidi olacaqlarını da istisna etmirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə