“Ermənistanda keçiriləcək seçkilər erməni toplumunun iradəsini əks etdirməyəcək” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Ermənistanda əgər bir necə gün bundan əvvəl seçkilərin şəffaf və demokratik keçiriləcəyi güman etmək olardısa, artıq bu gün bunu demək çətindir. Çünki Rusiya prezidenti V.Putinin R.Koçaryana zəngindən sonra Ermənistanda bu seçkilərin şəffaf olmayacağını, ədalətsiz olacağını və seçkilərə hiylə qatılacağını aydın görmək olar”. Bunu SİA-ya açıqlamasında Politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənistanda keçiriləcək seçkilər erməni toplumunun iradəsini əks etdirməyəcək: “Seçki prosesinə hiylə qatan rus ordusu olacaq. Yəni seçkilər digər şəxslərin proseslərə qeyri-qanuni müdaxiləsi nəticəsində həyata keçiriləcək. Doğrudur, Paşinyanın adamları seçki prosesinə nəzarəti həyata keçirəcək, amma seçki günü çox təəssüflər olsun ki, Ermənistanın ordusu, polisi və xüsusi xidmət orqanları Rusiyanın göstərişlərinə tabe olacaq və beləcə seçkilərin taleyi onların iştirakı ilə həll ediləcək. Rusiyanın seçkilərə müdaxiləsi proseslərin gərginləşməsinə gətirib çıxaracaq. Terrorçunun hakimiyyətə gəlməsi bütövlükdə bölgənin yenidən qaynar qazana çevrilməsi hadisələri baş verə bilər. Amma burada prosesi Rusiya başlatsa da gələcəkdə uduzan Rusiya olacaq. Çünki Azərbaycan ordusu və Türkiyə eləcə də Pakistanda bu bölgədən Rusiyanın tamamilə çıxarılması üçün lazım olan nə varsa hər şeyi edəcək. Burada uduzan təkcə Paşinyan olmayacaq, yəni burada uduzan həm də Rusiya olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə